MİLLİ QHT FORUMUNUN İDARƏ HEYƏTİ QHT QANUNUNA DƏYİŞİKLİKLƏR LAYİHƏSİNƏ ETİRAZ EDİB

Milli QHT Forumu İdarə Heyətinin bu gün keçirilən fövqəladə iclasında 50-yə qədər qeyri-hökumət təşkilatının yaratdığı Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təmsilçiləri də iştirak edib.

“Mediaforum” saytının yaydığı məlumatda bildirilir ki, iclasda hər iki qurumun "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna dəyişikliklər layihəsini iyunun 18-də keçiriləcək birgə konfransda müzakirə etmək qərara alınıb.
İclas iştirakçıları Milli Məclisin sədri Oqtay Əsədova, parlament üzvlərinə, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova, həmçinin QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə müraciət etməyi qərara alıblar. “Müraciətdə xahiş olur ki, qanun layihəsinin müzakirəsi Milli Məclisin plenar iclasının gündəliyindən çıxarılsın, parlament komitələrində yerli və beynəlxalq ekspertlərin nümayəndələri ilə birgə müzakirə olunsun. Məhz bundan sonra hər hansı ortaq məxrəcə gəlmək olar” – deyə Milli QHT Forumun sədri Rauf Zeyni bildirib
Previous Post

MTRŞ-YƏ QARŞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Next Post

AVROPA ŞURASI AZƏRBAYCANDA KİV VƏ QHT HAQQINDA QANUNA TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏRDƏN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.