AVROPA ŞURASININ NÜMAYƏNDƏSİ ACLIQ EDƏN JURNALİSTLƏRƏ BAŞ ÇƏKİB

“Yeni Müsavat”  qəzetinin redaksiyasında jurnalistlərin aclıq aksiyaları davam edir.

RATİ-nin əməkdaşları bu gün redaksiyada olublar. Bu gündən aclıq aksiyasına  “Yeni Müsavat” qəzetinin yazarı Zamin Hacı və Əli Bayramlı şəhərinin iki sakini- Həsrət  Bəbirov və Vüqar Həsənli qoşulub. “Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı isə 4 günlük aclıqdan sonra səhhətindəki problemlərlə əlaqədar aksiyanı dayandırmalı olub. 
Bu gün Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Denis Bribosia redaksiyaya gələrək aclıq edən jurnalistlərə baş çəkib. Onların vəziyyəti ilə maraqlanan Bribosia vurğulayıb ki, “səsinizin eşidilməsi üçün sizin bu cür vasitələrə əl atmanızdan təəssüflənirəm. Mən bu gün burda gördüyüm hadisələri Avropa Şurasının baş katibinə çatdıracağam. Avropa Şurasının bütün monitorinq qurumları Azərbaycanda söz azadlığının vəziyyət ilə bağlı məşğul olacaqlar. Mən ümid edirəm ki, bu problemlər yaxın zamanlarda öz həllini tapacaq”.

Previous Post

SÖZ AZADLIĞI MÖVZUSUNUN MÜZAKİRƏ EDİLDİYİ TOPLANTI KEÇİRİLİB

Next Post

Picket of journalists on Kelbajar occupation issue

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.