Bu gün “Yeni Müsavat” qəzetinin redaksiyada siyasi və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.
Toplantıda söz azadlığı mövzusunda müzakirələr aparılıb. Toplantı zamanı ATƏT sədri İlkka Kanervaya, Avropa Şurasının baş katibi Terri Devisə, ATƏT-ə üzv olan ölkələrin Bakıdakı səfirliklərinə müraciət qəbul olunub. Müraciətdə həbsxanada aclıq edən jurnalistlərin tələbləri haqlı sayılaraq, onlar haqqında çıxarılmış qondarma məhkəmə hökmləri siyasi divantutma aktı hesab edilərək, bu sifarişli qərarların ləğvi, o cümlədən Sakit Zahidovun və digər siyasi məhbusların dərhal azad olunmaları tələb olunur. Müraciət toplantı iştirakçılarının əksəriyyəti tərəfindən imzalanıb.