Jurnalistin vəsatətlərini məhkəmə təmin etməyib

398327_525389854153700_112437647_n

Martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə  həbsdə olan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin və onunla bərabər tutulan Təvəkkül Qurbanovun cinayət işi məhkəmənin hazırlıq iclası  keçirilib.

Prosesdə Pərviz Həşimlinin vəkilləri vəsatətlə çıxış edib. Vəkillər həbs qəti imkan tədbirinin ev dustaqlığı dəyişdirilməsibarədə vəsatət veriblər və hakim vəsatəti təmin etməyib.

Vəkillər həmçinin Milli Təhlükəsizlik Nazirliyində jurnalistin işgəncə və qeyri-insani rəftara məruz qalmasının araşdırılması, müdafiə hüququnun pozuntusunun tanınması, MTN təcridxanasının rəisi barədə xüsusi qərardad çıxarılması barədə də vəsatətlər veriblər və bütün vəsatətlər təmin olunmayıb.

Jurnalistin vəkilləri prosesə sədrlik edən Novruz Kərimovun keçmiş Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi olması, tərkibdə olan digər hakimin jurnalist Əvəz Zeynallıya 9 il həbs cəzası verən Ramella Alllahverdiyevanın olması və məhkəmənin müdafiə tərəfinin vəsatətlərini əsaslandırmadan təmin etməməsini əsas gətirərək məhkəmə tərkibinə etiraz edib. Etiraz baxılmamış saxlanılıb

Qeyd edək ki, növbəyi məhkəmə fevralın 7-də saat 15.30-da  olacaq.

Xatırladaq ki,  Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstitaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi  Pərviz Həşimli  barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib. Səbail Rayon Məhkəməsi noyabrın 7-də həbs müddətinin  daha 3 ay uzadılması barədə qərar verib.

 

Previous Post

“Mahmudov və Ağazadə Azərbaycana qarşı” və “Fətullayev Azərbaycana qarşı” işləri üzrə Azərbaycan hökumətinin Nazirlər Komitəsinə (NK) verdiyi cavabları ilə bağlı QHT-lərin şərhləri

Next Post

Qanun nəşriyyatına 150 min maliyyə sanksiyası müəyyən edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.