Qanun nəşriyyatına 150 min maliyyə sanksiyası müəyyən edilib

qa

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində “Qanun Nəşriyyatı” və “Qanun jurnalı redaksiyası” MMC-lərə qarşı Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu məlumat verib.

Ş. Xuduoğlu  bildirib ki,  Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsi “Qanun Nəşriyyat Evi” və “Qanun jurnalı redaksiyası” MMC-lərə  qarşı 150 000 manat miqdarında vergi borcu və maliyyə sanksiyası  müəyyən edib.   

 “Nəşriyyatın 50-ə yaxın əməkdaşı, o cümlədən tərcüməçilər, yazıçılar istintaqa dəvət ediliblər. Bu, sifarişdir, təzyiq xarakteri daşıyır. Kimlərsə vergidən istifadə etməklə “Qanun Nəşriyyatı” MMC-ni müflis etməklə bu sahədə monopoliya yaratmaq istəyir. Biz qanunla nəzərdə tutulan vergi öhdəliklərini yerinə yetirmişik”, – deyə Xuduoğlu qeyd edib.

Xatırladaq ki, 01 Noyabr 2013 – cü il tarixində Vergi Audit Departamentinin əməkdaşları “Qanun” nəşriyyat evinə daxil olaraq yoxlama aparıblar. Yoxlama zamanı nəşriyyata aid olan sənədləri, əlyazmaları və kompüterləri götürüblər.

Previous Post

Jurnalistin vəsatətlərini məhkəmə təmin etməyib

Next Post

Rafiq Tağının işi üzrə istintaqın dayandırılmasından şikayət verilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.