Məhkəmə Rauf Mirqədirovun şikayətini təmin etməyib

İyunun 9-da Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə  dövlətə xəyanət ittihamı ilə həbs olunmuş jurnalist Rauf Mirqədirovun notariusun Türkiyə vəkillərinə etibarnamə vermək üçün onun yanına buraxılmaması barədə şikayətinə baxılıb.Vəkil Elmar Süleymanov, məhkəmənin şikayəti təmin etmədiyini bildirib.

Türkiyəli vəkillərin cəlb olunması zərurəti aprelin 19-da Rauf Mirqədirov bu ölkədən  deportasiya edilərkən hüquqlarının pozulması səbəbindən yaranıb.

 Vəkilin sözlərinə görə, jurnalist MTN təcridxanasından məhkəməyə gətirilməyib. Halbuki, müdafiə tərəfi onun məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıb.

E.Süleymanov onu da bildirib ki, Rauf Mirqədirovun məhkəməyə aparılmamasının səbəbi, bir neçə gün öncə jurnalistin məhkəmədə bəyanatla çıxış edəcəyini bildirməsi ola bilər.

Bununla yanaşı müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Xatırladaq ki, “Zerkalo” qəzetinin müxbiri olan Rauf Mirqədirov aprelin 19-da 2010-cu ildən bəri yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub.  Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir və Nəsimi Rayon Məhkəməsi Rauf Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Previous Post

Ömər Məmmədovun məhkəməsində şahidlər ifadə verib

Next Post

Rauf Mirqədirov: Prokurorluq və məhkəmə Azərbaycanın maraqlarına ziyan vurur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.