Ömər Məmmədovun məhkəməsində şahidlər ifadə verib

om

Mayın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyi  ilə      qanunsuz narkotik ticarətində ittiham olunan facebook fəalı Ömər Məmmədovun  işi   üzrə məhkəmə prosesi davam edib.

Prosesdə vəkillər bir neçə sənədin işə əlavə edilməsi haqqında vəsatət qaldırıblar. Vəkillər Elnur Məhərrəmov adlı şəxsin hal şahidi qismində iştirak etdiyi işlər üzrə bir neçə məhkəmə hökmündən çıxarışları hakimə təqdim edib.

Vəkillər həmçinin Ömər Məmmədovun atası Elyarın məhkəməyə çağırılması haqqında vəsatət qaldırıb.  Vəsatəti onunla əsaslandırıblar ki, Elyar Məmmədovu  oğlunun saxlanmasından iki gün əvvəl DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə çağırıblar və təzyiq göstərərək, Ömərin facebook-dakı fəaliyyətinə son qoymasını tələb ediblər.

Müdafiə tərəfi həmçinin Məmmədovu və atasını dindirən Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının şahid qismində çağırılması haqqında vəsatət qaldrıb.

Hakim yalnız sənədlərin işə əlavə edilməsi haqqında vəsatəti təmin edib.

Daha sonra şahid qismində Daxili İşlər Nazirliyinin Narkotiklərə qarşı Mübarizə İdarəsinin baş əməliyyatçısı İlkin Ələkbərov dindirilib. O, metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında stamotoloji klinikadan çıxarkən Məmmədovu saxlayanlardan biri olub.

Onun iddiasına görə, Ö.Məmmədov özü üzərində narkotik maddə olduğunu etiraf edib və ona heç bir təzyiq göstərilmədən polis idarəsinə gediblər. Lakin müttəhim iddia edir ki, məhz Ələkbərov onun cibinə narkotik atıb.

Ələkbərov vəkillərin Məmmədovun saxlanılması üçün əsas olan “əməliyyat məlumatında” konkret olaraq nə deyildiyi haqqında sualına aydın cavab verə bilməyib. Lakin vəkil Xalid Bağırov bildirib ki, iş materiallarında qrup rəhbəri Məmmədovun narkotik “satdığı” haqqında məlumat olduğunu yazıb.

Proses 6 iyun saat 16.00-da davam edəcək.

Xatırladaq ki,  Ömər Məmmədov “Axın”   gənclər hərəkatının    rəhbəri və “Vətəndaş həmrəyliyi” partiyasının üzvüdür. Həbsindənsonra o, NİDA hərəkatına qayıdıb. Məmmədov İnternetdə sosial şəbəkələrin fəal iştirakçısı idi. Xüsusən, o, facebook-da hakimiyyətinnöqsanlarını ələ salan karikaturaların, kollajların, şərhlərin yer aldığı “AzTV-dən seçmələr” səhifəsinin adminlərindən biri idi. 2014-cü il  yanvarında  narkotik ittihamı ilə həbs edilib.

Previous Post

Azərbaycanda daha bir insan hüquqları bloggeri həbs olunub

Next Post

Məhkəmə Rauf Mirqədirovun şikayətini təmin etməyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.