MEDİA HÜQUQU İNSTİTUTU “DIFFAMASİYA HAQQINDA “ QANUN LAYİHƏSİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİB

Dünən (2 iyul) Media Hüquqları İnstitutunun  (MHİ) təşkilatçılığı ilə Azərbaycanda “Diffamasiya haqqında “ qanunun qəbul edilməməsinin yaratdığı problemlərə həsr olunmuş dəyirmi masa təşkil edilib.

Media Hüquqları  İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, Azərbaycanda jurnalistlərlə bağlı keçirilən məhkəmə prosesləri Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) təcrübəsinə əsaslanmadığı və hakimlər sovet qaydaları ilə qərar çıxardıqları üçün jurnalistlər barəsində çıxarılan 20 hökmlə bağlı beynəlxalq instansiyalara müraciət ediblər.
Hüquqşünas İntiqam Əliyev vurğulayıb ki, AİHM-nin Azərbaycanda həbs olunan jurnalistlərdən yalnız Rövşən Kəbirli və Yaşar Ağazadə haqqında qərar verib:
“Yaxın vaxtlarda isə Sarvan Rizvanov və Ramiz Nəcəfovun işi ilə bağlı qərar  olacaq”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev “Diffamasiya haqqında” qanunun qəbul edilməsi üçün jurnalistlərin lobbi fəaliyyətinə başladığını vurğulayıb.  “Hazırda jurnalistlərin imzaları toplanır. Bu ilin payızında qanunun qəbul edilməsi üçün parlamentə müraciət ediləcək” – deyən A.Əliyev bu ilin noyabrında Bakıda bu məsələlərə həsr olunacaq beynəlxalq media forumun keçirilməsinin gözlənildiyini də qeyd edib.
Sabiq millət vəkili Rizvan Cəbiyev də hesab edir ki, artıq “Diffamasiya haqqında” qanunun qəbul edilməsinin vaxtı çatıb:“Vaxtilə mən bu qanunun qəbul edilməsinin əleyhinə olsam da, indi isə bu qanunun qəbul edilməsinə ehtiyac görürəm”.
Previous Post

VƏKİL ELÇİN SADIQOV QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

MƏHKƏMƏ SUMQAYITDA TELEKANAL AÇMAĞA İCAZƏ VERMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.