MƏHKƏMƏ “AZADLIQ” QƏZETİNƏ QARŞI İDDİANI TƏMİN ETMƏYİB

Bu gün Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzovun “Azadlıq” qəzetinə qarşı iddiası əsasında məhkəmə prosesi sona çatıb.

Hakim iddianın əsassız olduğunu bildirərək iddianın təmin edilməməyinə dair çıxardığı qətnaməni elan etdi.
Novruzov çıxarılan qərardan yuxarı instansiya məhkəmələrinə şikayət verəcəklərini vurğulayıb.
Xatırladaq ki, “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Azadlıq” qəzetinin təsisçisi olduğunu iddia edərək qəzeti məhkəməyə vermişdi. Novruzovun imzası ilə verilmiş iddia ərizəsində tələb olunurdu ki,  "Azadlıq" qəzetinin təsisçiliyi redaksiya kollektivindən alınaraq AXCP-yə verilsin və qəzetə "İstiqlal" muzeyində guşə yaradılması məqsədi ilə redaksiya 150 000 AZN məbləğində cərimələnsin.

Previous Post

VƏKİLƏ HƏBSDƏ OLAN JURNALİSTLƏ GÖRÜŞƏ İCAZƏ VERİLMƏYİB

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.