“NOTA” QƏZETİNİN BAŞ REDAKTORUNA VƏ ƏMƏKDAŞLARINA QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (18 may) Xətai rayon məhkəməsində hakim Bəhram Şükürovun sədrliyi ilə “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota”  qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə (Əliyev) qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz  Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirilib.

İclasda iddiaçı T.Novruzov və vəkili Əzizağa Əliyev, cavabdeh qismində isə Sərdar Əlibəyli (Əliyev), Ramiz Tağıyev və Fərəməz  Novruzoğlu (Allahverdiyev) iştirak edirdilər.
Bu günkü prosesdə T.Novruzov cavabdehin tərəfin verdiyi təkzibin onu qane etmədiyini deyərək, iddiadan geri çəkilmədiyini bildirdi. 
Qeyd edək ki, hakim B.Şükürov keçən hazırlıq iclasında tərəflərə barışmaq təklif etmiş, iddiaçı T.Novruzov isə S.Əlibəyli qəzetində təkzib dərc edərək üzr istəyəcəyi halda barışığa hazır olduğunu vurğulamışdı.
Daha sonra hakim B.Şükürov “Nota” qəzetinin hüquqi ünvanı barəsində məhkəməyə arayış təqdim olunması ilə bağlı cavabdeh tərəfə göstəriş verdi və növbəti məhkəmə prosesini 19 may saat 15.00-a təyin etdi.
Qeyd edək ki, mart ayında T.Novruzov haqqında yazılmış məqalələrlə bağlı Sərdar Əlibəyli, Ramiz Tağıyev və Fərəməz  Novruzoğlu barəsində iddia qaldırmış və 31 mart tarixində Xətai  Rayon Məhkəməsində hakim Toğrul Əliyev  yazılmış məqalələrin yanlış olması ilə bağlı “Nota” qəzetinin  təkzib verməsi, üzr istəməsi barədə qətnamə qəbul etmişdi. Qətnaməyə əsasən təkzib verməli olan “Nota” qəzetinin 05-11 Aprel 2009 -cu il tarixli sayında dərc olunan “Şərəfi tapdanmış, ləyaqəti alçalmış Təhmasib Novruzovdan üzrxahlıq  yazısı” başlıqlı məqaləyə görə T.Novruzov yenidən xüsusi ittiham qaydasında iddia qaldırmış və cavabdehlərin CM-nin 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyir.
Previous Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ NORMALLAŞIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.