MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ NORMALLAŞIB

“Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Müşfiq Hüseynov müalicə aldığı 3 saylı cəzaçəkmə müəssisəsindən 2 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) M.Hüseynovun yaxın qohumu Cavidan Hüseynov verib. “Mayın 16-da yaxın qohumları Müşfiq Hüseynovla görüşüblər. Müşfiq onlara bildirib ki, qanı aşağı düşdüyünə görə 2 həftə qabaq 3 saylı müalicə müəssisəsinə köçürüldükdən sonra səhhəti normallaşıb və buna görə də 2 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb” – deyən C.Hüseynov əlavə etdi ki, jurnalistin saxlanma şəraitindən heç bir şikayəti yoxdur.
Xatırladaq ki, Müşfiq Hüseynov 2007-ci il, iyulun 24- də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Previous Post

ATƏT-İN MEDİA AZADLIĞI ÜZRƏ NÜMAYƏNDƏSİ PLÜRALİST MEDİANIN DEMOKRATİK SEÇKİLƏR ÜÇÜN VACİB OLDUĞUNU B

Next Post

“NOTA” QƏZETİNİN BAŞ REDAKTORUNA VƏ ƏMƏKDAŞLARINA QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.