FƏTULLAYEVİN VƏKİLİNİN MƏMMƏDYAROVA QARŞI QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

noyabr 20th, 2008
Bu gün (20 noyabr) Yasamal rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin vəkili  İsaxan Aşurovun xarici işlər naziri Elmar Məmmədyərova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı Aşurov Xarici İşlər Nazirinə qarşı qaldırdığı iddia tələbini müdafiə etdi. Cavabdehlər Xarici İşlər Nazirliyinin hüquq şöbəsinin müdürü Ramiz Əliyev və hüquq şöbəsinin 3-cü katibi Mikayıl Yusifov iddianı əsassız hesab etdi.

Qeyd edək ki, Məmmədyarovun Milli Təhlukəsizlik Nazirliyinə etdiyi müraciət əsasında Fətullayevin terrora çağırışda ittiham edilməsinə dair  cinayət işi başlanmışdı.  Xarici işlər naziri Fətullayevin “Əliyevlər  müharibəyə  gedir” başlıqlı  yazısından Azərbaycanda işləyən  xarici ölkə  vətəndaşların, iş adamlarının narahat  olduğunu və ona bu məsələ ilə bağlı müraciət etdiklərini bildirib. Bu səbəbdən də Fətullayev Məmmədyarova sorğu göndərərək narahat olduqları iddia edilən şəxslərin adlarının aşıqlanmasını istəyib. Amma sorğu  cavablandırılmayıb. Bu səbəbdəb də vəkil tərəfindən nazir məhkəməyə verilib.

Vəkil nazirin məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatət qaldırsa da, hakim vəsatəti rədd edib.

Məhkəmə prosesi 24 noyabr saat 14:00-da davam edəcək.