Belə ki, təşkilat “Eynulla Fətullayev siz unudulmayacaqsınız!” şüarı altında kampaniya keçirib. Bu barədə RATİ-yə bu gün (20 noyabr) baş redaktorla görüşən atası Emin Fətullayev məlumat verib. Onun sözlərinə görə, Fətullayevə ABŞ-dan, Yaponiyadan, Belçikadan və digər ölkələrdən açıqcalar göndərilib.
“Görüş zamanı mən ona “PEN” klubuna üzv seçildiyini də dedim. O, buna çox sevindi. Ancaq hələ də ona qəzetlər verilmir. Vəkil İsaxan Aşurov bir neçə gün bundan əvvəl ona poçt vasitəsi ilə qəzet göndərib. Lakin qəzetlər hələ də ona çatmayıb, ”- deyə Emin Fətullayev bildirib.