SABİQ NAZİRİN “AZTV” VƏ “LİDER” TV-yə QARŞI QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (12 iyun) Bakı Apellyasiya Məhkəməsində hakim Tatyana Qoldmanın sədrliyi ilə hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun “AzTV” və “Lider” telekanallarına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, Əli İnsanovun vəkilləri məhkəmə tərkibinə etiraz etsələr də, hakim verilmiş vəsatəti təmin etməyib.
Məlumata əsasən, Ə. İnsanov “AzTV” və “Lider” TV-də nümayiş olunan filmdə ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldığını, filmdə nümayiş olunan  zinət əşyalarının ona mənsub olmadığını iddia edir.
Növbəti məhkəmə prosesi iyun ayının 19-u saat 15:30-a təyin olunub.
Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov ötən il müxtəlif iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

SABİQ NAZİRİN “AZTV” VƏ “LİDER” TV-yə QARŞI QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

AZƏRBAYCAN AŞ PA MK-NİN HAZIRLADIĞI QƏTNAMƏ LAYİHƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİNİ İSTƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.