AZƏRBAYCAN AŞ PA MK-NİN HAZIRLADIĞI QƏTNAMƏ LAYİHƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİNİ İSTƏYİR

Azərbaycan hökuməti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında müzakirəyə çıxarılacaq “Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında” qətnamə layihəsini diqqətlə öyrənib.

Bunu APA-ya Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Onun sözlərinə görə,  qətnamənin müzakirəsi sessiyanın ikinci günü – iyunun 24-də aparılacaq, sessiyanın ilk günü – iyunun 23-də isə qətnamə layihəsinin son variantı qurumun Monitorinq Komitəsində (MK) müzakirə olunacaq.
“Bizim bu sənədə bəzi əlavələrimiz və dəyişikliklərimiz var”, – deyə qeyd edən deputat qətnamənin müzakirəsi zamanı nümayəndə heyətinin sənədə münasibət bildirəcəyini söyləyib.
Belə ki,  Monitorinq Komitəsinin  mayın 26-da Kiyevdə keçirilmiş iclasında “Azərbaycanda demokratik institutların vəziyyəti” adlı qətnamə layihəsi hazırlanıb. APA-nın məlumatına görə, layihədə bildirilir ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət seçkilər öncəsi pisləşib. Habelə sənəddə həbsdə olan jurnalistlər və siyasi məhbus hesab olunan digər şəxslərin azadlığa buraxılması tələb olunur.

Previous Post

SABİQ NAZİRİN “AZTV” VƏ “LİDER” TV-yə QARŞI QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

RATİ-NİN ƏMƏKDAŞI MƏHKƏMƏ BİNASINA BURAXILMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.