“BAKI ZAMAN” QƏZETİ OFİSSİZ QALA BİLƏR

Dünən (09 sentyabr) Bakı Apellyasiya Məhkəməsində Açıq Cəmiyyət Partiyası və “Bakı Zaman” qəzetinin Səbayel rayon Məhkəməsinin qərarından verdikləri şikayət əsasında məhkəmə prosesi keçirilib.

Məhkəmədən “Lent.az”a verilən məlumata görə, hakim Qail Məmmədovun sədrlik etdiyi prosesdə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Məhkəmə qərarına əsasən, 1 ay ərzində partiya qərargahı və qəzet redaksiyası yerləşdikləri İçəri şəhər, Kiçik Qala 128 ünvanını tərk etməlidirlər.

Qeyd edək ki, Səbayel Rayon Məhkəməsi də onların həmin ünvandan çıxarılması ilə bağlı qərar qəbul etmişdi.

Previous Post

“TOLIŞİ SƏDO” QƏZETİNİN HƏBSDƏ OLAN BAŞ REDAKTORUNUN OĞLUNUN MƏHKƏMƏSİ BAŞLANDI

Next Post

MİLLƏT VƏKİLİNİN AZTV VƏ BDYPİ-Ə QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ DAVAM EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.