BAŞ REDAKTORUN HƏBSXANADA ÖLMƏSİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ YENƏ TƏXİRƏ SALINDI

Aprelin 13-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə mərhum jurnalist, “Tolışi-Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova və oğlu Emil Məmmədovun Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2010-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətinə əsasən keçirilməli olan məhkəmə  prosesi təxirə salınıb.

Belə ki, tərəflərin prosesə gecikməsi səbəbindən məhkəmə təxirə salınıb və hakim İlqar Dəmirov növbəti prosesi 20 aprel saat 14:15-ə təyin edib.

            Xatırladaq ki, Novruzəli Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmə prosesində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan baş redaktor özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

            Qeyd edək ki, Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında 68 yaşında müəmmalı şəkildə vəfat edib. Rəsmi qurumlar onun xəstəlik nəticəsində dünyasını dəyişdiyini desələr də, Novruzəli Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi və ailə üzvləri baş redaktora lazımi tibbi yardım göstərilməməyi və düzgün müalicə olunmamağı nəticəsində öldüyünü bildirirlər.

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 13 APREL 2011

Next Post

DAXİLİ İŞLƏR NAZİRLİYİ XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI JURNALİST BARƏSİNDƏ AXTARIŞ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.