DAXİLİ İŞLƏR NAZİRLİYİ XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI JURNALİST BARƏSİNDƏ AXTARIŞ VERİB

Fransada yaşayan azərbaycanlı mühacir jurnalist  Elnur Məcidliyə qarşı  Cinayət Məcəlləsinin 281-ci maddəsi ilə (dövlət əleyhinə yönələn açıq çağırışlar) cinayət  işi  açılaraq, barəsində İnterpol xətti ilə  beynəlxalq axtarış elan edilib. APA informasiya agentliyinin məlumatına görə, bu barədə  Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki,  Elnur Məcidli "Facebook" sosial şəbəkəsində "11 mart – Böyük Xalq Günü" və "2 Aprel – Böyük Qəzəb Günü" səhifələrinin yaradıcılarındandır.

Elnur Məcidli Fransada jurnalist fəaliyyəti ilə məşğuldur və Fransanın AFP agentliyi, Türkiyənin “İxlas” Xəbər Agentliyi və “Türkiyə” qəzeti və BBC ilə əməkdaşlıq edir.

Avropa Şurası, Avropa Parlamenti, UNESCO, Fransa Məclisi və Senatına akreditasiyası olan jurnalist hələ də beynəlxalq media qurumları ila əməkdaşlığını davam etdirməkdədir. Avropa Jurnalistlər Asossasiyasının üzvüdür. O, Fransanın müxtəlif şəhərlərində (Əsasən Strasburq, Lyon, Paris və s.) Azərbaycanla bağlı müxtəlif tədbirlərin və aksiyaların təşkilatçısı olub.

 

Previous Post

BAŞ REDAKTORUN HƏBSXANADA ÖLMƏSİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ YENƏ TƏXİRƏ SALINDI

Next Post

SATİRİK JURNALİST YOXA ÇIXIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.