BAŞ REDAKTORUN HƏRƏKAT RƏHBƏRİNƏ QARŞI QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Bu gün (02 fevral) Apellyasiya Məhkəməsində hakim Rəhim Mirzəyevin sədrliyi ilə “Elçi ” qəzetinin baş redaktoru Əli Həziquliyevin “Gənc Vətənpərvərlər Hərəkatı”nın (GVH) sədri Fikrət Fərəməzoğluna qarşı Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilməli idi.

Lakin iddiaçının məhkəmə prosesində iştirak etməməyinə görə proses fevralın 09-a qədər təxirə salınıb. Bu barədə RATİ-yə F.Fərəməzoğlu məlumat verib.
Qeyd edək ki, ötən il (2008-ci il ) Yasamal rayon məhkəməsi GVH sədri Fikrət Fərəməzoğlunun günahsız olduğu barədə qərar çıxarıb. “Elçi ” qəzetinin baş redaktoru Əli Həziquliyev isə  bu qərardan apelyasiya şikayəti verib. İddiaya F. Fərəməzoğlunun “24 saat” qəzetinin  04 fevral 2008-ci il tarixli sayında  “Şərəfsizlərə şərəf dərsi” məqaləsi səbəb olub.
Previous Post

RATİ-NİN NAXÇIVANDAKI BÖLGƏ MÜXBİRİ DÖYÜLDÜ

Next Post

İLHAM ƏLİYEV XARİCİ RADİOLARLA BAĞLI MƏSƏLƏYƏ MÜNASİBƏT BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.