İLHAM ƏLİYEV XARİCİ RADİOLARLA BAĞLI MƏSƏLƏYƏ MÜNASİBƏT BİLDİRİB

Prezident İlham Əliyevin “The Wall street Journal” qəzetinə müsahibəsində Azərbaycanda xarici radioların milli tezlikdə yayımının dayandırılması məsələsinə münasibət bildirib.

Bu barədə Azərbaycan dövlət teleqraf agentliyi “AzərTAc”a istinadən  “Azadlıq” radiosu məlumat verib.
“Milli Televiziya və Radio Şurasının qərarı 2002-ci ildə qəbul olunmuş və xarici radiolara milli tezliklərdə yayımlanmasına icazə verməyən qanun əsasında qəbul edilmişdir. Beləliklə, bu, qadağa deyildir” -, deyə prezident qeyd edib.
O, daha sonra bildirib: “Azadlıq” radiostansiyası, BBC və “Amerikanın səsi” qısa dalğalarda öz verilişlərini yaya bilər. Onlar internet, kabel və peyk vasitəsilə verilişlərinin yayımını davam etdirə bilərlər. Ola bilsin ki, bizim tərəfdən guya onlara qadağa qoyulması ilə bağlı beynəlxalq mətbuatda anlaşılmazlıq yaranıbdır. Lakin biz qadağa qoymamışıq, sadəcə, öz qanunvericiliyimizə uyğun formaya gətirmişik. Biz Avropadakı vəziyyəti öyrənmişik. Orada da vəziyyət eynidir. Biz Azərbaycanda medianı məhdudlaşdırmırıq, sadəcə, onlar milli qanunvericiliyə və Avropadakı mövcud normalara uyğun olmalıdır”.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) yanvar ayının 1-dən  Azərbaycanda yayımlanan üç xarici radionun – “Azadlıq”, “Amerikanın səsi” və BBC-nin milli tezlikdə yayımını dayandırıb.
Previous Post

BAŞ REDAKTORUN HƏRƏKAT RƏHBƏRİNƏ QARŞI QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Next Post

İCRA BAŞÇISININ SÜRÜCÜSÜ QƏZETİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.