JURNALİSTİN “LİDER” TELEVİZİYASINA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞLANDI

            İyulun 11-də Yasamal rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə jurnalist Qan Turalının “Lider” televiziyasına qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə iddiaçının nümayəndəsi Fariz Namazov iştirak etdiyi halda cavabdeh tərəfdən heç kim prosesə qatılmayıb. Prosesdə iddiaçı tərəfin nümayəndəsi Fariz Namazov  Milli Televiziya və  Radio Şurasının məhkəməyə cəlb olunması barədə vəsatət qaldırdı və  eyni zamanda bir neçə vəsatətinin də  olduğunu bildirdi. Lakin hakim vəsatətlərə məhkəmə baxışında baxılacağını bildirdi.

            Daha sonra hakim Anar Rzayev məhkəmə baxışını 19 iyul saat 10:00-a təyin edib.

            Xatırladaq ki,  Qan Turalı və  Natiq Ədilovun Oğuz rayonunda olan təlim zamanı gizli çəkilmiş videosu Lider Televiziyasında yayımlanmışdı və Qan Turalı gizli yolla  çəkilmiş video görüntülərin yayılmasının qanunsuz hesab edilməsi, şərəf və  ləyaqətin ləkələnməsi və vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə “Lider” televiziyasına qarşı iddia ilə Yasamal rayon Məhkəməsinə müraciət edib.

Previous Post

İŞ ADAMININ BAŞ REDAKTORA QARŞI XÜSUSİ İDDİASI İCRAATA GÖTÜRÜLMƏDİ

Next Post

VYANADA İFADƏ AZADLIĞI İLƏ BAĞLI KONFRANS KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.