İŞ ADAMININ BAŞ REDAKTORA QARŞI XÜSUSİ İDDİASI İCRAATA GÖTÜRÜLMƏDİ

İyulun 8-də Nəsimi rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə Türkiyə vətəndaşı,   iş adamı Mustafa Tayatın “Polit-press” qəzetinin baş redaktoru Ədalət Nəbibəyliyə qarşı  xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə prosesi  keçirilib.

“Polit-press” qəzetinin baş redaktoru Ədalət Nəbibəylinin vəkli Elçin Sadıqovun bu gün (11 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, prosesdə iddiaçı tərəfin hüquqlarını müdafiə edən vəkil Vüsal Dadaşov və cavabdeh   “Polit –press” qəzetinin baş redaktoru Ədalət Nəbibəyli iştirak edirdilər.

Prosesdə müdafiə tərəfi  işdə cinayət tərkibinin olmamağını bildirərək, şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə vəsatət qaldırıb. Müşavirədən qayıdan hakim E. Hümbətov vəsatətin təmin edildiyini, işin icraata qəbul edilməsindən imtina barədə qərarını elan edib.

Vəkil E. Sadıqov bildirdi ki, qarşı tərəf bu qərardan apellyasiya şikayətini veriləcəyini bildirib.

Xatırladaq ki,  Türkiyə vətəndaşı iş adamı  Mustafa Tayat  “Polit-press” qəzetinin    18-23 iyun 2011-ci il  tarixli sayının 1-ci və 3-cü səhifəsində gedən  “Mustafa Tayatı Bakıda hansı nazir himayə edir?” başlıqlı məqalədə şərəf və ləyaqətinin təhqir edildiyini, işgüzar nüfuzuna xələl gətirən ifadələrin olmasını əsas gətirərək, “Polit –press” qəzetinin baş redaktoru Ə. Nəbibəylinin CM-nin 147.1  ( Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddəsi (təhqir) ilə təqsirli bilinərək, məsuliyyətə cəlb edilməsini tələb etmişdi.

Previous Post

VYANADA İFADƏ AZADLIĞI İLƏ BAĞLI KONFRANS KEÇİRİLİB

Next Post

JURNALİSTİN “LİDER” TELEVİZİYASINA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞLANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.