OSMAN KAZIMOVUN VƏKİLLƏR KOLLEGİYASINA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ START GÖTÜRDÜ

Mayın 13-də Binəqədi rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə vəkil Osman Kazımovun Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşı “Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Vəkillər Kollegiyasından  xaric edilməsi barədə 4 fevral 2011-ci il tarixli qərarının ləğvinə dair tələbinə əsasən məhkəmə prosesi keçirildi.

 Məhkəmə zalında iştirak edən tərəflərin şəxsiyyəti müəyyən edildikdən sonra hakim H. Səfərov iddianın təmin etmə tədbirindən imtina etməsi barədə qərardadı elan etdi. O, bu qərarını izah edərək bildirdi ki,  hazırkı halda iddianın təmin etmə tədbirinin əhəmiyyəti o vaxt ola bilər ki, gələcəkdə ilkin iddia rədd edilsin və qarşılıqlı iddia təmin edilsin:

             Proses zamanı Osman Kazımov Vəkillər Kollegiyasının qərarının ləğv olunması üçün qarşılıqlı iddia təqdim edib və  hakim iddianı məhkəmə baxışı üçün qəbul edib. Eyni zamanda Kazımov vəkil kimi fəaliyyətinin bərpa olunması haqda qərar çıxarılması üçün ərizə verib.  Lakin hakim Hüseyn Səfərov buna razılaşmayıb.  Hakim hesab edib  ki,  Osman Kazımovun vəkil kimi fəaliyyətinin bərpa olunmasına razılıq verməsi Vəkillər Kollegiyasının iddiasının qiymətləndirilməsi tədbiri ola bilər.

            Məhkəmə prosesi zamanı hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Tural Kərimov da məhkəməyə qarşılıqlı iddia təqdim edib:

Qeyd edək ki, Respublika Prokurorluğu Osman Kazımovu Tural Kərimovun hüquqlarını pozmaqda ittiham edib.  Tural Kərimov məhkəməyə qarşılıqlı iddia təqdim edib. İddiasında yazıb ki, mənim hüquqlarımı vəkil Osman Kazımov deyil, Vəkillər Kollegiyası pozub. Hakim bu iddianı da məhkəmə baxışı üçün qəbul edib.

Hakim H. Səfərov prosesi   1 iyun saat 16:00-a təyin etdi.

Xatırladaq ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fevralın 4-də keçirilən iclasında Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurum üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunması barədə qərar qəbul edilib. Rəyasət Heyəti bu qərarı baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında çıxarıb. Prokurorluq Osman Kazımovu Cinayət Prosessual Məcəlləsini və “Vəkillik fəaliyyəti haqqında” qanunu pozmaqda ittiham edir.

 

Previous Post

MƏHKƏMƏ İCRAÇILARI XURAL QƏZETİNİN ƏMLAKINI SİYAHIYA ALDILAR

Next Post

MƏHKƏMƏ İCRAÇILARI “XURAL” QƏZETİNİN ƏMLAKINI DA SİYAHIYA ALDILAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.