QƏZETİN NAZİRLİYƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞLANIR

Bu gün (19 oktyabr) Səbail rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin Müdafiə Nazirliyinə qarşı iddiasına əsasən ilkin hazırlıq iclası keçirilib.

“Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseynin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, hazırlıq iclasında iddiaçı tərəfin vəkili kimi özü və cavabdeh Müdafiə Nazirliyinin nümayəndəsi iştirak ediblər. İlk olaraq, tərəflərin şəxsiyyəti müəyyənləşdirilib, cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsini təqdim edib. Daha sonra hakim F. Hüseynov prosesin  2 noyabr saat 15:00-a təyin edildiyini elan edib.

Xatırladaq ki, iddiaya səbəb sentyabr ayının əvvəlində Müdafiə Nazirliyinin Türkiyə səfirliyi və “Anadolu” agentliyinin adından “Yeni Müsavat” qəzetində  yazıldığı iddia edilən “Hərbi məktəbdə türk müdavimlər incidilir” başlıqlı bir yazı ilə bağlı bəyanat yaymasıdır. Qəzet  belə başlıq altında heç bir yazının yazılmadığını, eləcə də apardığı  araşdırmalar zamanı Türkiyə səfirliyi və “Anadolu” agentliyinin belə bir bəyanat vermədiyini  aydınlaşdırdığını bildirir. “Yeni Müsavat” qəzeti Müdafiə Nazirliyinin  saxtakarlıq etmək və təhqirlərə yol verdiyini iddia edərək, 50 000 min manatlıq iddia ilə Səbail rayon Məhkəməsinə müraciət edib.

   

 

Previous Post

TÜRK TƏLƏBƏLƏRİ TERROR ƏLEYHİNƏ AKSİYA KEÇİRDİ

Next Post

YENİ MEDİA PORTAL YARADILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.