YENİ MEDİA PORTAL YARADILIB

Dünən  (18 oktyabr)  www.FreeSpace saytı fəaliyyətə başlayıb.

Media portal Media Hüquqları Mərkəzi İctimai Birliyinin həyata keçirməyə başladığı layihə əsasında yaradılıb. Bu barədə Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna (RATİ)  saytın baş redaktoru Mətanət Əliyeva məlumat verib.

“Müstəqil media portalı missiyasını həyata keçirəcək.  www.FreeSpace.az Azərbaycanda, eləcə də, dünyada baş verən hadisələr haqqında məlumatlar verəcək, xəbər, reportaj, müsahibə, araşdırma, analiz, müəllif yazıları və s. janrlarda materiallar təqdim edəcək. Yaxın gələcəkdə isə saytda maraqlı bloq yazıları da yayımlanacaq. Saytda tanınmış qələm sahibləri ilə yanaşı, gənclərə də tribuna veriləcək”,-deyə Əliyeva qeyd edib.

 M. Əliyeva onu da əlavə edib ki, Media portal ölkədə azad sözün, müstəqil medianın inkişafına dəstək olmaqla yanaşı, eyni zamanda, gənclərin yeni media vərdişlərinin inkişaf etdirilməsinə, onların sosial şəbəkələrdə fəal iştiraklarına dəstək olmaq istiqamətində fəaliyyət göstərəcək.

Onu da qeyd edək ki, Sayt oxucu tələbatının nəbzini tutmağa çalışaraq cəmiyyətin aynası olmaqla ölkənin ictimai, siyasi, sosial, mədəni həyatında baş verən yenilikləri təqdim edəcək.

 

 

Previous Post

QƏZETİN NAZİRLİYƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞLANIR

Next Post

“XURAL” QƏZETİNİN MÜLKÜ MÜSADİRƏ EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.