MƏHKƏMƏ PENİTENSİAR XİDMƏTƏ SORĞU GÖNDƏRƏCƏK

Bu gün (10 mart) Səbail Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin şöbə redaktoru Yaşar Ağazadənin Ədliyyə Nazirliyinə, Ədliyyə nazirliyinin Penitensiar Xidmətinə və 1 saylı İstintaq Təcridxanasına qarşı, “həbsdə saxlanma şəraitinin qanunsuz hesab olunmasına dair” qaldırdıqları iddia üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə ilk çıxış edən R. Kəbirli 2007-ci ilin may ayının 18-dən avqust ayının 28-i tarixinə kimi məhkum olaraq saxlandıqları 1 saylı istintaq təcridxanasının 85-ci kamerasında saxlanma şəraitinin çox pis olduğunu, məhbusların tibbi müayinədən keçmədiklərini, onlara yataq ləvazimatlarının verilmidiyini, məhkumların vəkillərlə görüşünə qanunvericiliyə uyğun olaraq şərait yaradılmadığını bildirdi. Daha sonra çıxış edən qəzetin şöbə redaktoru Y. Ağazadə də deyilən fikirlərlə razı olduğunu bildirdi. Y. Ağazadə həmçinin Yasamal rayon Məhkəməsində məhkumların saxlanma otaqlarının həcminin kiçik, saxlanma şəraitinin isə normal olmadığını vurğuladı.
 Çıxışlardan sonra hakim E. Həsənov Yasamal Rayon Məhkəməsinin dustaqları saxlama otaqlarının ölçüləri və şəraiti ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu göndərəcəyini bildirdi və məhkəmə prosesini 30 mart saat 14:30-a təyin etdi.
Xatırladaq ki “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin şöbə redaktoru Yaşar  Ağazadə 2007-ci ildə C. Əliyevin iddiası ilə 5 ay 1 saylı İstintaq Təcridxanasında saxlanılmışdırlar.
Previous Post

“MEDİA HÜQUQU İNSTİTUTU” VƏ “REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU” NUN BİRGƏ RƏYİ

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.