Televiziya Azərbaycanda əksər şəxslər üçün başlıca informasiya mənbəyi olduğundan, ictimai rəyin formalaşmasında ən güclü təsiri olan media vasitəsi sayılır.
Televiziya və radio sahəsinin düzgün tənzimlənməsi bu media vasitələrinin müstəqilliyinə, yüksək texniki və məzmun standartlarına doğru inkişafına, yayım sahəsində plüralizmin təmin olunmasına xidmət etməlidir.
Azərbaycanda 2002-ci ildə qəbul olunmuş “Televiziya və radio yayımı haqqında” Qanun bu sahəni tənzimləyən ilk qanun olaraq irəliyə doğru mühüm bir addım idi. Bununla belə qanun, yayım sahəsində düzənləyici qurumun müstəqilliyini təmin etmədi, yayım lisenziyaların verilməsi üçün aydın və şəffaf prosedurlar müəyyən etmədi, yayım tezliklərinin səmərəli istifadəsinə və ədalətli bölünməsinə təminat verən qaydalar müəyyən etmədi. Qanun eləcə də keyfiyyətli yazılmadığından, adi məsələlərin həlli ilə bağlı dolaşıq müddəalar müəyyən etdiyindən tətbiq zamanı əngəllər yaradır, qanunu tətbiq edənlərin onu kefi istədiyi kimi, ziddiyyətli tətbiq etmələrinə imkanlar açır.
Qanunun tam olaraq yenidən işlənərək onun müddəalarının yayım sahəsinin inkişafına, onun texniki və məzmun keyfiyyətinin yüksəlməsinə, yayımçıların azad və müstəqilliyinə, yayım sahəsində azad və effektiv rəqabət mühitinin yaranmasına, yayım sahəsində düzənləyici qurumun müstəqilliyinə və peşəkarlığına, yayım üçün lisenziyaların və tezliklərin verilməsinin şəffaf prosedurlarının təmin olunmasına təminat verəcək yeni qanunla əvəz etməyə böyük ehtiyac var.

“Televiziya və radio yayımı haqqında” Qanuna yeni dəyişikliklərlə bağlı təkliflər Milli Məclisdə müzakirəyə çıxarılıb. Hər şeydən öncə bu dəyişiklik təkliflərinin layihəsinin və onun müzakirələrinin şəffaf olmaması, medianın və ekspertlərin bu işdən kənarda saxlanması ciddi narahatlıq doğurur.
Dəyişikliklərin bir neçəsi mahiyyətcə böyük önəm daşımadığından onları şərh etməyi lazım bilmədik. Lakin bəzi dəyişikliklərin qanunun məqsədləri baxımından ciddi fəsadlar törədəcəyini nəzərə alaraq onların üzərində dayanırıq.
1. Qanuna, aşağıdakı məzmunda 10.5-ci maddə əlavə etmək təklif edilir.
“10.5. Özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət orqanına məlumat verilir. Müvafiq dövlət orqanı dəyişikliyin bu Qanunun tələblərinə uyğun olmasına dair iki ay müddətində rəy verdikdən sonra bu dəyişiklik edilir və bir ay ərzində yeni sənədlər müvafiq dövlət orqanına təqdim olunur.”
Bu təklif teleradio yayımçısı üzərində sahibliyin dəyişməsinə Milli Teleradio Şurasının öncədən nəzarət etməsini nəzərdə tutur. Belə çıxır ki, teleradio şirkəti üzərində sahiblik hüququ olan şəxs öz payını özgəninkiləşdirmək istəyirsə nəzərdə tutulan sövdənin bəzi detalları haqqında, yəni ən azından payın hansı hissəsini kimə satdığı barədə məlumatları və bu məlumatları əks etdirən sənədləri MTRŞ-a verməlidir. MTRŞ iki ay ərzində araşdırma aparır, bu sövdəyə razılıq verir və ya razılıq vermir.
Belə qaydanın qoyulması, yayımçı şirkətə mülkiyyət üzərində sərəncam vermək hüququna əsassız müdaxilələrə yol açacaq və satışla bağlı kommersiya sirlərinin açılmasına gətirib çıxaracaq. Bu qaydanın, yəni öncədən icazə qaydasının qoyulması, sahibliklə bağlı “Televiziya və radio yayımı haqqında” Qanuna 10-cu maddəsində göstərilən məhdudiyyətlərə əməl edilməsini yoxlamaq məqsədinə yönəlsə də həmin məqsədə adekvat sayıla bilməz.
Sahibliyin dəyişməsinə sonrakı nəzarət, yəni sahibliyin dəyişməsi ilə bağlı məlumatların sonda MTRŞ-a verilməsi bu məqsədə çatmaq üçün yetərli vasitədir.
2. Qanuna əlavə edilən 11.4.6-cı maddə də narahatlıq doğuran qayda qoyub:
11.4.6. zəruri hallarda (ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı və s.) xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsi ilə yayımı üçün icazə verilir.
Bu maddənin müəyyən etdiyi qayda yayım üzərində deyil, informasiyanı peyk ötürüçüsü vasitəsi ilə ötürmə üzərinə məhdudiyyət qoyur. Belə çıxır ki, xarici televiziya və radio yayımçılarının (onların müxbirlərinin, nümayəndələrinin) Azərbaycandan kənara peyk üzərindən hər hansı video və ya audio materiallarını ötürməsi yalnız MTRŞ-nın icazəsi ilə mümkündür.
Bu maddə qanunun cavab verə bilmədiyi xeyli suallar doğurur. Peyk üzərindən video və audio materialları təkcə xüsusi olaraq teleradio üçün nəzərdə tutulan cihazlarla deyil, ən adi peyk telefonları və sair rabitə vasitələri ilə ötürülə bilər. Belə məlumatlar habelə internet üzərindən də, telefonlarla da ötürülə bilər. Həm də bunu hər kəs edə bilər. Belə olduğu halda peyk vasitəsi ilə ötürmə üzərinə, özü də yalnız xarici televiziya və radio yayımçıları üçün məhdudiyyət qoyulması məntiqsizdir. Bu məhdudiyyətin hansı qanuni məqsəddən irəli gəldiyi aydın deyil. Lakin bütün hallarda, hansı məqsəddən irəli gəlməsindən asılı olmayaraq bu müdaxilə qeyri-adekvat tədbirdir.
3. Qanuna əlavə edilən 23.1-ci maddə yayımçı üzərinə qoyula bilən sanksiyanı sərtləşdirir. Əvvəllər qanunu pozmuş yayımçının yayımını 7 günədək müddətə dayandırmaq olardısa indi bu müddət bir ay müəyyən olunub.
23.1. Teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsinə ya hər hansı proqramın yayımı məhkəmənin qərarı ilə bir ayadək müddətə müvvəqəti dayandırıla bilər.
Yayımın 1 ay müddətinə dayandırılması çox ağır bir sanksiyadır. Belə sanksiyanın tətbiqinin yol verildiyi hallar qanunda mümkün dəqiqliklə göstərilməlidir ki, sui-istifadə və qeyri proporsional müdaxilə imkanlarını aradan qaldırsın.
4. Qanuna əlavə edilən 23.2.6-cı maddəyə əsasən bir il ərzində 3 dəfə “cəzalandırdırılmış” yayımçının lisenziyası MTRŞ-nın təşəbbüsü əsasında çıxarılan məhkəmə qərarı ilə geri alına bilər. Bu maddədə “yayımçı müvafiq dövlət orqanı tərəfindən bir il ərzində azı üç dəfə sanksiyaya məruz qaldıqda” ifadəsində “Müvafiq dövlət orqanı” və “3 dəfə sanksiyaya məruz qaldıqda” deyəndə hansı dövlət orqanının və hansı “sanksiya” ların nəzərdə tutulduğu aydın deyil. “Müvafiq dövlət orqanı” dedikdə MTRŞ-nın nəzərdə tutulduğunu güman edək. MTRŞ-nın yalnız bir qədər yüngül qanun pozuntuları halında yayımçılara qarşı cərimə və xəbərdarlıq etmək kimi yüngül “sanksiyalar” tətbiq etmək səlahiyyəti var. İl ərzində belə yüngül “sanksiyalar” tətbiq edilmiş yayımçının lisenziyadan məhrum edilməsi məntiqə və ədalətə sığmayan, qeyri-proporsional cəza olardı.
Yayımçılara qarşı ciddi “sanksiyalar”ı tətbiq etməyə (yayımın müvəqqəti dayandırılması, lisenziyadan məhrum etmə kimi) yalnız məhkəmələrin səlahiyyəti çatır. Məhkəmələrin isə qanunda “Müvafiq dövlət orqanı” adlandırılması təcrübəsi yoxdur.
Bu maddənin belə dolaşıq və yanlış olması, təcrübədə ona gətirib çıxara bilər ki, yayımçı barədə ən kiçik pozuntulara görə il ərzində MTRŞ-dan 3 dəfə xəbərdarlıq və ya cərimə “sanksiyası” almış yayımçı lisenziyadan məhrum edilmə ilə üzləşə bilər. Belə bir sərt qərar isə heç bir halda məqsədəuyğun və adekvat olmayacaq.
Xatırlatmaq yerinə düşər ki, ANS teleradio şirkəti barəsində yaxın keçmişdə qanunsuz qərar çıxararkən MTRŞ buna bənzər arqumentlərdən istifadə etmişdi.
5. Qanun əlavə olunan 37.3-cü maddədə deyilir: “Yayımçı bütün ölkə ərazisində ona verilmiş tezlikdə yalnız bir proqram yayımlaya bilər.” Bu yayımçıların fəaliyyətinə hüquqi məqsədə uyğun olmayan müdaxilədir. Bu qayda ölkədə yayım tezliklərindən səmərəli istifadə üzərində bəraətləndirilməsi çətin olan məhdudiyyət qoyur. Bu, məsələn hər hansı bir yayımçıya ölkənin hər hansı bölgəsinə yönələn, yalnız həmin bölgə üçün maraqlı olan proqramlar yaymasını qadağan edir. Yayım proqramlarının rəngarəngliyinə, konkret proqramların konkret bölgələrə yönəlməsi yolu ilə proqramların seyrçilərə daha da yaxınlaşdırılmasına imkan verməməyin hansı məntiqdən qaynaqladığını izah etmək çətindir. Digər tərəfdən rəqəmsal yayıma yaxın zamanlarda gözlənən keçid nəticəsində bu gün bir yayımçının əlində olan tezlik vasitəsilə bir neçə kanal yayımlamaq mümkün olacaqdır. Bu halda tezliyin sahibi olan yayımçıya həmin tezlikdə başqa bir yayım həyata keçirməyi qadağan etmək hər hansı ictimai maraqdan uzaqdır və bu baxımdan hüquqauyğun sayila bilməz.
Göründüyü kimi qanuna əlavə və dəyişikliklər daha çox yayımçıların fəaliyyətinin əsassız məhdudlaşdırılmasına, MTRŞ-nın yayımçılar üzərində səlahiyyətlərinin yersiz artırılmasına, nəticə etibarı ilə yayımçıların müstəqilliyinin daralmasına və normal inkişafının əngəllənməsinə xidmət edir.
Media Hüququ İnstitutu və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Hökuməti “Televiziya və radio yayımı haqqında” Qanuna edilən bu mürtəce dəyişiklik və əlavələrin qanuna çevrilməsinin qarşısını almaq üçün zəruri addımları atmağa, ölkənin tərəqqisində mühüm rol oynayan televiziya və radio yayımının inkişafına yol aça biləcək düzənləməni təmin edən yeni qanunun işlənib hazırlanması və qəbulu üçün müvafiq tədbirlər görməyə çağırır.