ANS-LƏ “GÜNDƏLİK AZƏRBAYCAN” QƏZETİ ARASINDA MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

Bu gün (23 aprel) Bakı Şəhər Apellyasiya Məhkəməsində hakim Rəşadət Ağayevin sədrliyi ilə “Gündəlik Azərbaycan” qəzetinin ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia əsasında birinci instansiya məhkəməsinin çıxardığı qərardan cavabdehin vermiş olduğu apellyasiya şikayəti üzrə  məhkəmə prosesi keçirilməli idi.

Amma  qəzetin nümayəndəsinin  prosesdə iştirak etmədiyinə görə məhkəmə iclası  14 may  saat 11. 00-a qədər təxirə salınıb.

Fəaliyyəti dayandırılmış “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu isə RATİ-nin əməkdaşı ilə söhbətində  ümumiyyətlə onlara bu məhkəmə prosesi və işin motivi barədə heç bir məlumatın verilmədiyini deyib.

Previous Post

TƏNQİDƏ GÖRƏ MƏHKƏMƏYƏ ÜZ TUTMUŞ İDDİAÇI BİR SUTKAYA FİKRİNİ DƏQİQLƏŞDİRMƏLİDİR

Next Post

HƏBS EDİLMİŞ JURNALİSTİN VALİDEYNLƏRİ PREZİDENTƏ MÜRACİƏT EDİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.