TƏNQİDƏ GÖRƏ MƏHKƏMƏYƏ ÜZ TUTMUŞ İDDİAÇI BİR SUTKAYA FİKRİNİ DƏQİQLƏŞDİRMƏLİDİR

Bu gün (23 aprel) Yasamal Rayon Məhkəməsində hakimi Raqib Qurbanovun sədrliyi ilə Azərbaycan Nəşriyyatında böyük redaktor vəzifəsində işlədiyini bildirən   İlham Sadıqovun iddiası ilə "Azadlıq" qəzeti və  qəzetin oxucusu həm də kənar yazarı Elmira Tofiqqızına qarşı başlanmış  məhkəmə prosesi davam edib.

Prosesdə İlham Sadıqov, cavabdeh tərəfin vəkili Elçin Sadıqov iştirak edirdi.

 Hakim linqvistik ekspertizanın təyin edilməsi üçün məhkəmə iclasının təzələndiyini elan etdi. İddiaçı tərəf buna etiraz etsə də cavabdehin nümayəndəsi vəkil Elçin Sadıqov hakimlə razılaşdı. Daha sonra hakim iddiaçıya iddia tələblərini dəqiqləşdirmək üçün vaxt verdi. E. Sadıqov isə buna öz etirazını bildirdi. “Mülki Prosessual Məcəllənin 14.2 maddəsində göstərilir ki,  iddia tələbi dəyişdirilə bilməz. Belə bir hal baş verərsə bu qanun pozuntusudur.”
Daha sonra hakim prosesi 24 aprel saat 09:30 -a qədər təxirə saldı.
Xatırladaq ki, İ. Sadıqov müəllifi olduğu Koroğlu haqqında nəşri tənqid edən məqaləyə görə "Azadlıq" qəzetini və məqalənin müəllifi Elmira Tofiqqızını məhkəməyə verib. İddiaçı məhkəmədən cavabdehlərin həar birinin 20 000 AZN məbləğində cərimələnməsini istəyib.

Previous Post

AŞPA -NIN YAY SESSİYASINA QƏDƏR AZƏRBAYCANDAKI JURNALİSTLƏR AZADLIĞA BURAXILMALIDIR

Next Post

ANS-LƏ “GÜNDƏLİK AZƏRBAYCAN” QƏZETİ ARASINDA MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.