“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏTBUAT ŞURASI İLƏ MƏHKƏMƏ ÇƏKİŞMƏSİ BAŞLADI

Bu gün (11 fevral) 1 saylı Bakı İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə “Gündəlik Bakı” qəzetinin Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşova qarşı iddiasına əsasən məhkəmə hazırlıq iclası keçirildi.

Prosesdə iddiaçı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev və qəzetin vəkili Zaur İbadov, cavabdeh qismində MŞ-nın səlahiyyətli nümayəndəsi Şəmsəddin Əliyev iştirak edirdilər.
Vəkil Z. İbadov MŞ –nın nizamnaməsinin və “Gündəlik Bakı” qəzetinin “reket” adlandırılmasına əsaslanan təlimatların surətlərinin məhkəməyə təqdim olunması ilə bağlı vəsatət qaldırdı.
Hakim T. Əsədova vəsatətin qəbul olunduğunu bildirərək, növbəti prosesi 23 fevral saat 15:15-ə təyin etdi.
Xatırladaq  ki, 2009-cu ilin dekabrın 30-da Mətbuat Şurası “Gündəlik Bakı” qəzetinin “reket”lər siyahısına salınması barədə qərar çıxarıb. Qəzet rəhbərliyi qərarla bağlı təkzib verilməsi və 100.000 (yüz min) manat cərimə ödəməsi ilə bağlı iddia qaldırıblar.
Previous Post

EYNULLA FƏTULLAYEVİN MÜSTƏQİL EKSPERTİZANIN KEÇİRİLMƏSİ İLƏ BAĞLI VƏSATƏTİ TƏMİN EDİLMƏYİB

Next Post

BEYNƏLXALQ MƏTBUAT İNSTİTUTUNUN HESABATINDA NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜ DƏ YER ALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.