EYNULLA FƏTULLAYEVİN MÜSTƏQİL EKSPERTİZANIN KEÇİRİLMƏSİ İLƏ BAĞLI VƏSATƏTİ TƏMİN EDİLMƏYİB

“Gündəlik Azərbaycan”  və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin narkotik istifadəçisi olub-olmaması ilə bağlı müstəqil ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti təmin edilməyib.

Bu barədə məlumatı “Turan” İnformasiya Agentliyinə jurnalistin vəkili İsaxan Aşurov verib. Onun sözlərinə görə, ekspertizanın nəticəsinə etiraz olaraq “analizi aparmış ekspertlərin dindirilməsi” barədə vəsatəti təmin edilib və həmin ekspertlər dindiriliblər.
Qeyd edək ki, E.Fətullayevin narkotik maddə istifadəçisi olub-olması ilə bağlı 29 dekabr 2009-cu ildə götürülən qan və sidik analizlərinin nəticələrində onun, qanında və sidiyində heroin izlərinin aşkarlanması bildirilsə də, onun narkoman olmadığı və müalicəyə ehtiyacı olmadığı qeyd olunmuşdu.
Qeyd edək ki, dekabrın 29-da Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı yaxın vaxtlarda öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.

Məlumat üçün bildirək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

OMBUDSMAN APARATI RATİ-NİN MÜRACİƏTİNİ ARAŞDIRIB

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏTBUAT ŞURASI İLƏ MƏHKƏMƏ ÇƏKİŞMƏSİ BAŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.