MƏHKƏMƏ ƏVƏZ ZEYNALLIYA XƏBƏRDARLIQ ETDİ

Yanvarın 17-də   Nərimanov rayon Məhkəməsi hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə prosesində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya xəbərdarlıq edildi.

  Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov 28 avqust 2007-ci il tarixdə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya və qəzetin yazarı Kamal Hüseynə qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulan mənəvi ziyanın ödənilməsinə dair  iddia qaldırıb. İddiaya səbəb “Xural” qəzetinin 24-30 iyun 2007-ci il tarixli “Nəşriyyat “qızıl” kəsir”, 29 iyul-04 avqust 2007-ci il tarixli “Azərbaycan mətbuatının ölüm yeri”  və 19-25 avqust 2007-ci il tarixli “”Azərbaycan” Nəşriyyatı yox, “Azərbaycan” fabriki” adlı məqalələr səbəb olub. Məqalələrdə Nəşriyyatın baş direktorun fəaliyyətində yol verdiyi qanun pozuntuları əks olunub. İddiada qəzetin üzr istəyərək, təkzib verməsi, 250 000 AZN məbləğində təzminat ödəməsi və cavabdehlərin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunur.

Nərimanov rayon Məhkəməsi bu iddianı qismən təmin edərək qəzetin təkzib verməsi və dəymiş mənəvi  ziyana görə 1 000 manat təzminat ödənilməsi haqqında qərar vermişdi. Bu dəfəki proses Zeynallının məhkəmə qərarını icra etməməyinə dair verilmişdi. İddiaçı tərəf Zeynallı haqqında inzibatı tənbeh tədbiri tətbiq edilməsini xahisş etdi. Hakim Zeynallı barədə  xəbərdarlıq tənbeh tədbiri barədə qərar verdi.

 

Previous Post

APELLYASIYA MƏHKƏMƏSİ NEMƏT PƏNAHLININ AZADLIĞA BURAXMADI

Next Post

JURNALİSTLƏR 4 HƏFTƏLİK TRENİNQLƏRƏ DƏVƏT EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.