APELLYASIYA MƏHKƏMƏSİ NEMƏT PƏNAHLININ AZADLIĞA BURAXMADI

            Bu gün (17 yanvar) Bakı  Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə  Nəsimi rayon Məhkəməsinin 10 yanvar 2011-ci il tarixdə  Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun tanışı Ceyhun Fərzəliyev barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi üzrə verilən apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsinin nəzarət- buraxılış məntəqəsindən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) prosesin qapalı keçirilməsi səbəbindən media nümayəndələrinin buraxılmayacağı bildirilib.

            Prosesdən sonra N. Pənahlının vəkili RATİ-yə  hakim .Mursaqulovun   apellyasiya şikayətini təmin etmədiyini  və birinci  instansiya məhkəməsinin qərarı qüvvədə saxladığını bildirdi.

Xatırladaq ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı yanvarın 8-də mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci polis bölməsinə aparılıb. Pənahlının saxlanmasına səbəb yanvarın 7-də vətəndaş Eldar Rzayevin polisə müraciəti olub. O, Mirəli Qaşqay küçəsində  Pənahlı və onun tanışı Ceyhun Fərzullayev tərəfindən yumruq və metal əşya vasitəsilə  döyüldüyünü iddia edərək, polisə müraciət edib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin  (CM) 221.3-cü (silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb. 

            Yaxınlarının verdiyi məlumata görə, əslində Pənahlı namizəd kimi iştirak etdiyi 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı, seçkilərdən sonra mətbuatda, xüsusilə də “Nota PS” qəzetlərində dərc olunan sərt fikirlərinə görə şərlənərək həbs edilib.

 

Previous Post

OMBUDSMAN NAXÇIVANDAKI POLİS ZORAKILIĞINA GÖRƏ MUXTAR RESPUBLİKA DİN-Ə MÜRACİƏT EDİB

Next Post

MƏHKƏMƏ ƏVƏZ ZEYNALLIYA XƏBƏRDARLIQ ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.