MƏHKƏMƏ QƏZETİN VƏSATƏTİNƏ SABAH BAXACAQ

Mart 7-də Nəsimi Rayon Məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə "ANS press" Nəşriyyat Evinin  "Azadlıq fədailəri" qəzetinə qarşı qaldırdığı iddia əsasında keçirilən məhkəmə prosesi təxirə salınıb.

Buna səbəb cavabdehin məhkəmədə vəsatət qaldırması olub. Qəzetin təsisçisi Təhmasib Novruzov vəsatət qaldıraraq, məhkəmədən anspress.com saytında verilən və məqalənin yazılmasına səbəb olan şəklin ekspertizaya göndərilməsini istəyib. Hakim vəsatəti təmin edib- etməyəcəyini müəyyənləşdirmək üçün prosesi sabah (11 mart) saat 16.00-a qədər təxirə salıb.  Bu haqda məlumatı RATİ-yə  T. Novruzov verib.
Xatırladaq ki, "ANS press" Nəşriyyat Evi   "Azadlıq fədailəri" qəzetini və qəzetin Allahverdi Nəbi adlı əməkdaşını qəzetin 28.11 – 01. 12. 2007-ci il tarixli sayında dərc edilmiş yazıya görə məhkəməyə verib. İddiaçı qəzetdə "ANS-in pornoqrafiyası" başlıqlı və "ANS hər zaman, hər yerdədir-tərbiyəsizliyi ilə" sərlövhəli məqaləsində yazılan yazıların həqiqətə uyğun olmadığını, yalan, alçaldıcı və təhqiredici məlumatlar olduğunu hesab edir. "ANS press" Nəşriyyat Evi məhkəmədən qəzetin  təkzib verməsi, qəzetdən 50000 (əlli min) manatın tutulması, qəzetin əməkdaşı Allahverdi Nəbidən isə 10000 (on min) manatın tutulması haqqında qətnamə çıxarmasını xahiş edib.   

Previous Post

NAXÇIVANDA İNTERNET KLUBLAR FƏALİYYƏTİNİ BƏRPA EDİB

Next Post

JURNALİSTƏ GƏLƏN HƏDƏLƏYİCİ ZƏNGLƏRLƏ BAĞLI ARAŞDIRMALAR APARILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.