JURNALİSTƏ GƏLƏN HƏDƏLƏYİCİ ZƏNGLƏRLƏ BAĞLI ARAŞDIRMALAR APARILIR

"Nota bene" qəzetinin əməkdaşı Fərəməz Allahverdiyev fevralın 17-dən başlayaraq, gizli nömrələrdən gələn zənglərlə hədələnmişdi.

Jurnalist bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Bu gün RATİ-nin əməkdaşı ilə söhbətində Allahverdiyev bildirib ki, "sonuncu belə zəng fevralın 27-də olub.  Fevralın 29-u və martın 1-i MTN-ə çağırılmışam. Hədələyici zənglərlə bağlı məndən izahat alınıb. Kimdən şübhələndiyimi də izahatımda vurğulamışam. Bildirdilər ki, bu məsələni nəzarətdə saxlayırıq".
Allahverdiyev martın 6-da Daxili İşlər Nazirlindən ona məktub gəldiyini də əlavə edib. Məktubda bu məsələ ilə bağlı  Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində araşdırma aparıldığı  qeyd olunub. Bundan sonra jurnalist 25-ci polis bölməsinə çağırılıb. Bölmədə jurnalistdən yazılı izahat alınıb.

Previous Post

MƏHKƏMƏ QƏZETİN VƏSATƏTİNƏ SABAH BAXACAQ

Next Post

MİRZƏ SAKİTİN AĞRILARI QALMAQDADIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.