“XƏYAL” TV-NİN ƏMƏKDAŞLARI HAQQINDA SEÇİLƏN HƏBS QƏTİ İMKAN TƏDBİRİ DAHA İKİ AY MÜDDƏTİNƏ ARTIRILIB

İyulun 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyevin Nəsimi rayon Məhkəməsinin 11 iyul 2012-cil tarixli qərarından verdikləri  apellyasiya şikayətini  təmin edilməyib.

Bu barədə “Turan” informasiya agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, vəkil Elçin Sadıqov Quba hadisələri üzrə cinayət işlərinin üç qisimdə məhkəməyə göndəriləcəyinin   gözlənildiyini deyib:

“Jurnalistlərin işi, Cinayət Məcəlləsinin 186-cı cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi üzrə həbs edilənlərin işi və Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə həbs edilənlərin işi ayrılıqda məhkəməyə göndəriləcək.

Qeyd edək ki, iyulun 11-də Nəsimi Rayon Məhkəməsinin hakimi Etibar Hüseynov Quba hadisələri ilə bağlı həbs edilmiş “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və redaktor Zaur Quliyevin həbs müddətini daha iki ay – sentyabrın 17-dək uzadıb.

    Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi  və sonra sosial şəbəkələrdə yayılan çıxışında  “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R. Həbibovun evini  yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində "Xəyal TV"-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev həbs ediliblər və hər iki jurnalist barəsində  2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.
Habelə onu da qeyd edək ki, Vüqar Qonaqov istintaqın təhriki ilə vəkili Elçin Sadıqovdan imtina edib.
 

Previous Post

Semi-annual Azerbaijan freedom of expression report

Next Post

ANAR BAYRAMLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.