İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının Binəqədi rayon məhkəməsinin 11 iyun 2012-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə proses keçirilib.
Hakim Abid Abidinbəyovun sədrliyi ilə keçirilən prosesdə işin baxışa təyin edilməsi ilə bağlı qərar qəbul olunub. Proses 2 avqust saat 11:00-da davam etdiriləcək.
Xatırladaq ki, Anar Bayramlı bu il fevralın 17-də Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham irəli sürülüb.