JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ EYNULLA FƏTULLAYEVƏ QARŞI YENİ İTTİHAMI PİSLƏYİB

Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi Azərbaycan hökumətindən həbs edilmiş baş redaktor Eynulla Fətullayeva qarşı yeni ittihamın aradan qaldırılmasını Azərbaycan hökumətindən tələb edib.

 “Eynulla Fətullayevə qarşı hökumət tərəfindən ittihamlar həddini aşıb. Bu ittihamların vaxt baxımından Avropa Məhkəməsində onun işinə baxılması ilə əlaqələndirmək çətin deyil. Biz Azərbaycan hökumətini jurnalistə qarşı yeni absurd  ittihamı aradan qaldırmasına çağırırıq” – deyə Jurnalistlərin Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya Proqramını üzrə Koordinatoru Nina Oqnianova bildirib.
Qeyd edək ki, dekabrın 29-da Fətullayevin üzərindən 0,22 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verən Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.