HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (4 yanvar) Ayəndə Mürsəliyeva həyat yoldaşı, “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru və hal-hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə almaqda olan  Qənimət Zahidlə (Zahidov)  görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ayəndə Mürsəliyeva  məlumat verib.

Onun sözlərinə görə, Q.Zahid dişlərinin müalicəsinə artıq başlayıb. Baş redaktor ürək və revmatizm ağrılarının olması ilə əlaqədar olaraq qan analizi verdiyini bildirib, lakin nəticə hələ də bəlli deyil.
A. Mürsəliyeva onu da  bildirib ki, Q. Zahid həmkarı Eynulla Fətullayevin narkotik ittihamı ilə şərlənməsini qərəzli hesab edir.
Xatırladaq ki, beynəlxalq təşkilatlar tərəfindən Vicdan Məhbusu kimi tanınan Qənimət Zahid (Zahidov) 2007-ci ilin noyabr ayında həbs olunub. CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

AZTV “AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞLARINI EFİRƏ VERMƏYİB

Next Post

JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ EYNULLA FƏTULLAYEVƏ QARŞI YENİ İTTİHAMI PİSLƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.