JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ EYNULLA FƏTULLAYEVİ AZAD ETMƏYƏ ÇAĞIRIR

Yanvarın 20-də Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsindən olan bir nümayəndə heyəti Eynulla Fətullayevin dərhal azad olunmasını xahiş edən 500-dən çox beynəlxalq jurnalistin adı yazılmış məktubu təqdim etmək üçün Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Xəzər İbrahimlə görüşüb.

Jurnalistləri Müdafiə Komitəsinin məktubu heyət üzvləri – Raciv Çandrasekara, Klarense Peyce, və Andrü Aleksandr; icraçı direktor Col Simon; Avropa və Mərkəzi Asiya Proqram Kordinatoru Nina Oqniyanova və Vaşinqton nümayəndəsi Frank Smis tərəfindən təqdim olunmuşdur. Məktub Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış və onu Fətullayevi dərhal azad edərək, dövlət siyasətində müstəqil və müxalif mətbuat istiqamətində yeni bir səhifə açmağa səsləyir.
Nümayəndə heyəti Xarici İşlər Nazirliyinin sözçüsü İbrahimlə bir saat görüşmüşdür. İbrahim bildirmişdir ki, Fətullayev məhkəməyə əsasən cəza almışdır və hökumət bu halda məhkəmənin qərarına hörmət etməlidir. Lakin İbrahim JMK-nın məktubunun Prezident İlham Əliyevə çatdırılacağına söz vermiş və JMK-nı davamlı dialoqa dəvət etmişdir.  
 “Prezident Əliyev hökumətinin tənqidə dözümlülüyünü nümayiş etdirməlidir və bizim ədalətsizliklə həbs olunmuş həmkarımız Eynulla Fətullayevin azad olunması tələbimizdən daha aydın bir mesajımız yoxdur. Hərəkətli, azad mətbuatsız ədalətli və demokratik cəmiyyət yaradıla bilməz” – deyə, JMK-nın İcraçı Direktoru Col Simon görüşdən əvvəl bildirib.
Qeyd edək ki, dekabrın 29-da Fətullayevin üzərindən 0,22 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı yaxın vaxtlarda öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Məlumat üçün bildirək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

”HUMAN RİGHTS WATCH” AZƏRBAYCANDA İNSAN HAQLARININ VƏ SÖZ AZADLIĞININ VƏZİYYƏTİNİ MƏNFİ QİYMƏTLƏNDİR

Next Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİNİN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.