Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi Naxçıvan Muxtar Respublikası (NMR) Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzində yanvarın 5-də başlanılmış vergi yoxlamalarını təzyiq mexanizmi kimi dəyərləndirərək, atılmış bu addımı qəti pisləyir.
Belə ki, NMR Vergilər Nazirliyinin əməkdaşları yoxlamalar zamanı Resurs Mərkəzinin həyata keçirdiyi layihələr çərçivəsində Muxtar Respublikada bu QHT ilə kimlərin əməkdaşlıq etdiklərini də müəyyənləşdirməklə də məşğuldur. Bundan başqa yoxlamalara başlamanın səbəbləri və yoxlamaların nə vaxt sona çatacağı barədə də məlumat verilmir.
Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi hesab edir ki, Muxtar Respublika rəhbərliyi bu üsulla, NMR-də mütəmadi olaraq insan hüquqlarının pozulmasına görə nümayiş etdirdikləri prinsipial mövqeləri ilə fərqlənən Məlahət Nəsibova və İlqar Nəsibovun rəhbərlik etdiyi Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin fəaliyyətini dayandırmaq istəyir.
Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi bunun Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi rəhbərlərinə qarşı ilk təzyiq faktı olmadığını qeyd edir. Belə ki, 2009-cu ilin dekabr ayının 15-də Naxçıvan ali məktəblərində tələbə və müəllimlər arasında korrupsiya faktları ilə bağlı sorğu keçirərkən İlqar Nəsibov NMR Dövlət Universitetinin rəhbərliyi tərəfindən təhqir edilib, daha sonra isə o universitetin idman fakültəsinin müəllim və tələbələri tərəfindən vəhşiliklə döyülmüşdür. Bu faktla bağlı istintaqı öz nəzarəti almaq əvəzinə isə Muxtar Respublikası rəhbərliyi Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinə qarşı qarayaxma kampaniyasına başlayıb. Belə ki, yuxarıda qeyd olunan hadisədən dərhal sonra Muxtar respublikanın Bakıdakı nümayəndəliyi və Muxtar Respublika Daxili İşlər Nazirliyi ilə birgə bəyanat yayaraq Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin dövlət qeydiyyatının olmamağı və bu QHT-nin qanunsuz fəaliyyət göstərdiyini bildirdi. Bu bəyanata cavabda Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin rəhbərliyi təşkilatın 2004-cü ildə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçdiyini bildirdilər. Bundan dərhal sonra Muxtar Respublika Vergilər Nazirliyi təşkilatda vergi yoxlamalarına başlayıb.
Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi Naxçıvan Muxtar Respublikası rəhbərliyini Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzində əsaslandırılmamış vergi yoxlamalarını və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri dayandırmağa çağırır.
Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi Naxçıvan Muxtar Respublikası rəhbərliyindən hüquq müdafiəçiləri və jurnalistlərin fəaliyyəti üçün normal mühitin yaradılması və onlara qarşı baş vermiş bütün təzyiq faktlarının araşdırılaraq günahkarların cəzalandırılmağını tələb edir.