JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜ İLƏ BAĞLI MÜSTƏQİL TƏDQİQAT APARMAĞA ÇAĞI

Jurnalistlərin Müdafiə Komitəsi “Tolişi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü ilə bağlı məlumat yayıb.

New York, August 18, 2009—Jurnalistlərin Müdafiə Komitəsi  2007-ci ilin fevral ayından həbsdə olan “Tolişi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun  bazar ertəsi Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında vəfat etməsi ilə bağlı müstəqil tədqiqat aparılmasına çağırır.
Azərbaycanın Penitensiar Xidmətindən Mehman Sadıqov bildirİB ki, görünür, jurnalist iflicdən əziyyət çəkirmiş.
Azərbaycan mətbuatından verilən məlumata əsasən jurnalistin ölümü ilə bağlı rəsmi ekspert rəyi hələ hazır deyil.
Jurnalistlərin Müdafiə Komitəsi və Mərkəzi Asiya Proqramının Koordinatoru Nina Oqnyanova bildirib ki, Novruzəli Məmmədovun ölümünə  həbsxanada tibbi qayğı göstərilməməsi səbəb olub və biz bundan çox narahatıq. Biz Azərbaycan hakimiyyətindən meyitin dərhal daxili müayinə edilməsinə çağırırıq.
Novruzəli Məmmədovun vəkili Ramiz Məmmədov Jurnalistlərin Müdafiə Komitəsinə bildirib ki, Novruzəli Məmmədovun səhhəti ötən bir neçə ay ərzində kəskin şəkildə pisləşmişdi.  Novruzəli Məmmədov iyulun 28 də Azərbycanın Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Keçən şənbə baş redaktor öz vəkilinə bildirmişdir ki, müntəzəm olaraq tibbi müayinə olunmur və onun səhhəti getdikcə pisləşir.
Vəkilin verdiyi məlumata görə 68 yaşlı Novruzəli Məmmədov bir neçə xəstəlikdən – hipertaniya, bronxit, astma, nevrit, prostat vəzinin şişindən əziyyət çəkirdi.
Sonuncu məlumata əsasən rəsmilər humanism nümayiş etdirməyərək N.Məmmədovu səhhəti ilə əlaqədar azadlığa buraxmadılar və və ona müstəqil tibbi müalicə olunmağa icazə vermirdilər.
Bakida fəaliyyət göstərən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutundan verilən məlumata əsasən, bu ayın əvvəlində Avropa Şurasının Azərbaycandakı nümayəndəsi Veronika Kotek və azərbaycanlı Ombudsman Elmira Suleymanova N.Məmmədovun mülki xəstəxanaya köçürülməsi ilə bağlı Azərbycan hökümətinə müraciət etmişdi.
Lent.az saytının verdiyi məlumata əsasən, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Mehman Sadıqov bildirib ki, N.Məmmədov  həbsxana xəstəxanasında ona edilən müalicədən razıdır və mülki tibbi xəstəxanaya köçürülməkdən imtina edir. Ancaq M.Sadıqov köçürülmə məsələsini jurnalistlə müzakirə edib-etmədiyinə aydınlıq gətirmədi.
N.Məmmədovun həmkarları və tərəfdarlarının fikirləri M.Sadıqovun bəyanatına ziddir.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun verdiyi məlumata əsasən, həbsxana rəhbərliyi N.Məmmədovun xəstəxanaya köçürülməsi ilə bağlı mart ayında verilmiş məhkəmə qərarını icra etməmişdir. Emin Huseyinov bildirib ki, Azərbaycan rəsmiləri iyun ayında N.Məmmədovla görüşən   Avropa Şurasının Azərbaycandakı nümayəndəsi tərəfindən təklif olunan mülki tibbi müalicəyə də etiraz etmişdir. N.Məmmədovun qardaşı Hüseynova bildirib ki, həbsxana işçiləri həbsxanada ona verilən dərmanların yarısını geri qaytarıblar.
Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov səhhəti kəskin pisləşdiyi üçün 2009-cu il iyulun 28-də yerləşdirildiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında iki gün qabaq  (17 avqust) vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

Previous Post

BEYNƏLXALQ TƏŞKİLATLAR NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜNDƏN NARAHATDIRLAR

Next Post

96th Session of UN HR Committee Azerbaijan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.