BEYNƏLXALQ TƏŞKİLATLAR NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜNDƏN NARAHATDIRLAR

Beynəlxalq hüquq müdafiə təşkilatları “Tolişi-Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümündən narahatlıqlarını bildiriblər.

Beynəlxalq İşgəncələr Əleyhinə Təşkilatdan Delfin Rekulo “Azadlıq” radiosuna müsahibəsində deyib: “Biz inanırıq ki, Məmmədovun həbsdə qənaətbəxş müalicə ala bilməməsi onun səhhətini pisləşdirib və ölümünə səbəb olub”.
Londondakı Amnesty İnternational təşkilatı həbsdə Novruzəli Məmmədovla pis davranılması, ona su və yemək verilməməsi barədə məlumatlar alıb. Qurumun sözçüsü Lidia Aroyo: “Biz Azərbaycan hökumətini çağırmışdıq ki, Məmmədovu daha yaxşı sanitar şəraiti olan mülki xəstəxanaya köçürsünlər, ona müvafiq tibbi müalicəylə təmin etsinlər. Təəssüf ki, bu, çox az idi və artıq çox gec idi. Məmmədov ölüb. Biz bunun səbəblərini araşdıracağıq”.
Hər iki qurumun təmsilçiləri vurğulayıb ki, Məmmədovun məhkəməsi ədalətli olmayıb, onun həbsi siyasi motivli ola bilər. Lidia Aroyo N.Məmmədovun jurnalist fəaliyyətinə, talış xalqının mədəni haqlarını araşdırdığına və təbliğ etdiyinə görə həbs olunduqlarını deyib.  
Delfin Rekulo isə bildirİb ki, Novruzəli Məmmədovun ölümünün müstəqil və səmərəli istintaqını aparılması üçün hakimiyyətə təzyiqi göstərəcəklər.
Qeyd edək ki Novruzəli Məmmədovun ölümünün səbəbləri ilə bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Reportyorların Azadlıq və Təhlükəsizlik bildiriblər ki, ölümün səbəbləri ilə bağlı Məhkəmə Tibbi Ekspertizanın yekun rəyi hələlik hazır deyil. İlkin rəydə isə ölümün baş beyin damarlarının kəskin trambozundan baş verdiyi bildirilirdi.
Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov səhhəti kəskin pisləşdiyi üçün 2009-cu il iyulun 28-də yerləşdirildiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında iki gün qabaq  (17 avqust) vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

Previous Post

MAHAL İSMAYILOĞLU KASSASİYA ŞİKAYƏTİ VERƏCƏK

Next Post

JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜ İLƏ BAĞLI MÜSTƏQİL TƏDQİQAT APARMAĞA ÇAĞI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.