BEYNƏLXALQ İNSAN HÜQUQLARI GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Bu gün (09 dekabr) 10 dekabr – İnsan Hüquqları Evində Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı mətbuat konfransı keçirildi.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi günü münasibətilə həmkarlarını təbrik etdi. N. Cəfəroğlu əlavə etdi  ki, biz hüquq müdafiəçilərinə 5 səfirlik (Norveç, İngiltərə, Almaniya, Amerika , Fransa)  və Avropa Şurası daha çox dəstək olub.
Hüquq müdafiəçisi Səidə Qocamanlı çıxışında Azərbaycanda insan haqlarının ağır durumundan danışaraq, “Tolişı-sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun vəfatına, gənc bloqçular Adnan Hacızadə və Emin Millinin həbs edilməsinə və “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı, vərəm xəstəliyindən əziyyət çəkən   Müşfiq Hüseynovun vəziyyətinə toxundu.
Tədbirdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelə və Avropa Şurasının İnsan haqları üzrə komissarı Tomas Hammerberqə xüsusi olaraq tərtib edilmiş mükafat verildiyi bildirildi və qeyd edildi ki, bu mükafatlar Strasburqda sahiblərinə təqdim ediləcək.
Tədbirdə hüquq müdafiəçiləri, jurnalistlər və bir neçə səfirliyin nümayəndəsi iştirak edirdi.
Qeyd edək ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 61 il ötür.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,385/lang,az/
Previous Post

GƏNC BLOQÇULARIN VALİDEYNLƏRİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ NÖVBƏTİ HESABATINI AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.