BEYNƏLXALQ ONLAYN JURNALİSTLƏRİN DAHA ÇOX HƏBS OLUNMA RİSKİ VAR

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin (JMK) dünən (04 dekabr) yaydığı məlumatda onlayn jurnalistlərin həbs olunma riskinin daha böyük olduğu bildirilib.

Məlumatda həbs edilən media işçilərinin 45%-i bloqçular olduğu vurğulanır.

Məlumatda deyilir:
“JMK-nın keçirdiyi sorğu əsasında dekabrın 1-də 125 jurnalist barmaqlıqlar arxasında olduğu məlum olub. Bu isə 2007-ci ilin göstəricisinə nisbətən iki nəfər azdır. Çin 10 ildir ki davam edən biabırçılığa sadiq qalaraq, jurnalistləri daha çox həbs edən ölkə olaraq qalır. Kuba, Burma, Eritrea və Özbəkistan jurnalistləri həbs edən 29 ölkə içərisində əsas beş ölkə siyahısını tamamlayırlar. Bu ölkələrin hər biri jurnalistlərin həbs edilməsində ən pis ölkə siyahısında israrla öz yerlərini tutmuşlar.”

JMK-nın  İcraçı Direktoru Joel Saymon qeyd edib ki, onlayn jurnalistikası media məkanını  və bizim biri-birimizlə ünsiyyət əlaqələrimizi dəyişmişdir:
 “Amma bu, yeni onlayn jurnalistlər nəslinin gücü və təsiri bütün dünyada müstəbid ölkərlərin diqqətini cəlb etmiş və onlar əks hücumlarını daha da gücləndirmişlər.”

Məlumatı tam şəkildə JMK-nın saytında oxumaq mümkündür:

http://www.cpj.org/imprisoned/cpjs-2008-census-online-journalists-now-jailed-mor.php.

Previous Post

Qənimət Zahid və Mirzə Sakitin atasının yas mərasimi

Next Post

25 NƏFƏR İFEX ÜZVÜ AZƏRBAYCAN HÖKUMƏTİNİ XARİCİ RADİOSTANSİYALARI QADAĞAN EDƏN QƏRARI LƏĞV ETMƏYƏ ÇAĞIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.