25 NƏFƏR İFEX ÜZVÜ AZƏRBAYCAN HÖKUMƏTİNİ XARİCİ RADİOSTANSİYALARI QADAĞAN EDƏN QƏRARI LƏĞV ETMƏYƏ ÇAĞIRIB

Beynəlxalq İfadə Azadlığı Mübadiləsi  (İFEX) təşkilatının 25 üzvü Azərbaycan Prezidenti İlham Əliyevə göndərilmək üçün məktub imzalamışlar.

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşəbbüsü ilə təşkil edilmiş bu müraciətdə imza atanlar Azərbaycanda milli tezliklərdə “Azadlıq”  BBC və “Amerikanın səsi” radiolarının yayımının dayandırılması planlarından narahatlıq ifadə etmişlər.  

“BBC, “Azadlıq” və “Amerikanın səsi” radioları vətəndaşları və sakinlərı həm Azərbaycandan, həm də bütün dünyadan peşəkar xəbərlərlə və mühüm informasiya ilə təmin etməklə, ölkədə ictimai debatları zənginləşdirirlər” –  deyə müraciətdə bildirilir. “Bundan əlavə, bu üç radio Azərbaycan öz seçdiyi sosial-iqtisadi inteqrasiya yoluna davam etdikcə həddən artıq ehtiyac duyulan ictimai dialoqların inkişafında vacib olan tok-şoular və tərbiyəvi proqramlar təşkil edirlər. Biz Azərbaycan hökumətindən bu radioların milli tezliklərdə yayımını dayandırmamağı xahiş edir və hakimiyyətə müraciət edirik ki, Azərbaycan media landşaftının mümkün qədər daha müxtəlif və pluralistik olmasını təmin etmək üçün daha ağlabatan həll yolu  tapmağa çalışsın.”

Müraciəti tam şəkildə oxumaq üçün aşağıdakı sayta müraciət edə bilərsiniz:

Previous Post

BEYNƏLXALQ ONLAYN JURNALİSTLƏRİN DAHA ÇOX HƏBS OLUNMA RİSKİ VAR

Next Post

HUMAN RAYTS HAUS “AZADLIQ” VƏ “AMERİKANIN SƏSİ” RADİOLARI İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN PREZİDENTİNƏ MƏKTUB GÖNDƏRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.