“GÜNDƏM XƏBƏR” QƏZETİNİN TƏSİSÇİSİNƏ QARŞI CİNAYƏT İŞİ QALDIRILIB

Baş prokuror yanında Korrupsiyaya  Qarşı Mübarizə İdarəsi “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin barəsində CM-in 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi qaldırıb.

Buna səbəb qəzetin fəaliyyətinin araşdırılması ilə bağlı Mətbuat Şurasının müraciətidir. Belə ki, qəzet şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşdığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına, “Jurnalistlərin peşə davranışı qaydaları”nı mütəmadi pozduğuna görə Mətbuat Şurasının “Qara Siyahı”sına düşüb.
      Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, istintaq zamanı müəyyən olunub ki, Cəfəri yalnız KİV haqqında qanunun tələblərini pozmayıb, həm də vergi qanunvericiliyinin tələblərinə əməl etməyib.
      Belə ki, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmayıb, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməyib, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulub. Beləliklə, küllü miqdarda, 68.244 manat məbləğində vəsait vergidən yayındırılıb.  İstintaq davam edir.

Previous Post

İSLAMÇILAR İFADƏ VERİBLƏR

Next Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ QHT FƏALLARINA QARŞI TƏZYİQLƏRİ PİSLƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.