İNTİQAM ƏLİYEVƏ TÜRKİYƏDƏ CİNAYƏT İŞİ QALDIRILIB

Türkiyənin iki məhkəməsindən – Bəkirköy Sülh Cinayət Məhkəməsindən və Bəkirköy Ədliyə Məhkəməsindən Azərbaycanın hakimiyyət orqanlarına hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevlə bağlı məhkəmə tapşırıqları daxil olub.

Bu barədə bu gün (13 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) İntiqam Əliyevin özü məlumat verib.
Hüquqşünasın sözlərinə görə, həmin tapşırıqlarda yerli məhkəmələrdən Bəkirköy Cümhüriyyət Prokurorluğunun onun barəsində Türkiyə Cəza Qanununun üç maddəsi ilə bağlı qaldırılan cinayət işinin materiallarının ona təqdim olunması və elan olunan ittihamlarla bağlı zəruri prosessual hərəkətlərin həyata keçirilməsi istənilir.
Hüquqşünasa təqdim olunan sənədlərdən bəlli olub ki, ötən ilin dekabrında Türkiyənin prokurorluq orqanları tərəfindən ona qarşı Türkiyə Cinayət Məcəlləsinin üç maddəsi cinayət işi qaldırılıbmış. Ona elan edilən ittihamnaməyə əsasən, İ. Əliyevi həmin TCM-nin 106.1-ci (Hədə qorxu gəlmə) 6 aydan 2 ilə qədər azadlıqdan məhrumetmə, 125.3a (Təhqir) maddəsi ilə 1 ildən 2 ilə qədər azadlıqdan məhrum etmə və ya cərimə, 265.1-ci maddəsi ilə (Dövlət məmurunun öz vəzifəsini icra etməsinə mane olma) 6 aydan 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, İ.Əliyev ATƏT-in xarici işlər nazirlərinin sammiti ərəfəsində vətəndaş cəmiyyəti təmsilçilırinin görüşündən qayıdanda dekabrın 6-da İstanbul Aeroportunda gömrük işçisi ilə aralarında polis məmurunun kobudluğuna etirazından dolayı yaranmış mübahisə nəticəsində təyyarə bileti ləğv edilib, Aeroportun (Karakoldan) polis saxlama məntəqəsində 1 sutka saxlanıb, səhərisi gün – dekabrın 7-də – ölkədən xaric olunan gün isə Aeroportda çoxsaylı insanların, o cümlədən polis əməkdaşlarının gözü qarşısında Alaittin Sarıkaya və Səlaittin Erkaraca adlı mülki geyimli polis məmurları tərəfindən fiziki zorakılığa məruz qalıb. İ.Əliyevin Türkiyənin Azərbaycandakı Səfirliyinə və Azərbaycanın Xarici İşlər Nazirliyinə işin obyektiv araşdırılmasında yardımçı olmaları barədə müraciətləri də nəticəsiz qalıb.   Türkiyənin prokurorluq orqanları, onların ardınca isə məhkəmələr Azərbaycanlı hüquqşünasın şikayətlərini rədd ediblər.
Previous Post

HİLAL MƏMMƏDOVUN FİZİKİ ZORAKILIĞA MƏRUZ QALMAĞI İLƏ BAĞLI İŞ NƏSİMİ RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Next Post

ƏLİLLƏR CƏMİYYƏTDƏ BÜTÜN İMKANLARA MALİK OLMALIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.