HİLAL MƏMMƏDOVUN FİZİKİ ZORAKILIĞA MƏRUZ QALMAĞI İLƏ BAĞLI İŞ NƏSİMİ RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Bu gün (13 iyul) Nizami rayon Məhkəməsində hakim Ramil Həsənovun sədrliyi ilə “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun iyunun 29-da saxlanıldığı  Bakı İstintaq Təcridxanasında işgəncələrə məruz qalması faktı ilə bağlı məhkəmə iclası keçirilib.

Bu barədə bu gün (13 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil Ramiz Məmmədov məlumat verib.
Vəkilin sözlərinə görə, hakim R. Həsənov Hilal Məmmədovla bağlı başlanan cinayət işinin  Nizami Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verildiyini əsas gətirib, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin Nəsimi rayonu ərazisində yerləşməsinə görə, işi aidiyyatı üzrə Nəsimi rayon Məhkəməsinə göndərib.
Xatırladaq ki, “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov bu il iyunun 21-də saxlanılıb. Onun haqqında  Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü  (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. İyunun 22-də Nizami rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçib. Bu maddə ilə Hilal Məmmədovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir. Hal-hazırda o Bakı İstintaq Təcridxanasında saxlanılır. İyulun 3-də isə Hilal Məmmədova əlavə ittihamlar (CM-nin 274 (dövlətə xəyanət) və CM-nin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması)  irəli sürülüb.
 
Previous Post

FƏRƏMƏZ NOVRUZOĞLUNUN İŞİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ BAŞLANDI

Next Post

İNTİQAM ƏLİYEVƏ TÜRKİYƏDƏ CİNAYƏT İŞİ QALDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.