“AZADLIQ” QƏZETİNİN REPORTYORUNUN DÖYÜLMƏSİ FAKTI İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILIB

Aprelin 28-də “Azadlıq” qəzetinin reportyoru Ramin Deko Yasamal rayon Polis İdarəsinə aprelin 4-də döyülməsi fakti ilə bağlı dindirilməyə çağırılıb. Bu barədə bu gün (29 aprel)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ramin Dekonun özü məlumat verib.

 Jurnalistin sözlərinə görə, o  Polis İdarəsində   müstəntiq Vüqar Babanlı tərəfindən dindirilib: “Dünən  səhər  saat 11:30-da Polis İdarəsində oldum. Mənə döyülməmlə bağlı cinayət işinin  açıldığını bildirdilər.  Mən də aprelin 4-də başıma gələn hadisəni danışdım. Müstəntiq məni döyənləri tanıyıb-tanımadığımı soruşdu. Bildirdim ki, hadisə baş verən ərazi qaranlıq olduğundan döyənlərin üzünü görə bilmədim. Dedim ki, döyülməmişdən bir gün öncə Rəsulzadə qəsəbəsində oğurlanaraq Maştağa istiqamətinə aparılmışam. Orada mənimlə “proflaktik” söhbətlər edilib”.

R.Deko onu da bildirdi ki, dindiriləndən sonra müstəntiqlə hadisə yerinə gəlib: “Döyüldüyüm yerdə Vüqar Babanlı bir neçə şəkil çəkdi. Əraziyə baxış keçirdi”, – deyə R.Deko bildirdi.

Xatırladaq ki, “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko  aprelin 3-də naməlum şəxslər tərəfindən oğurlanmış, bir gün sonra isə naməlum şəxslərin fiziki hücumuna məruz qalmışdı.

 

Qeyd edək ki, "Azadlıq" qəzeti 1989-cu il dekabrın 24-dən fəaliyyət göstərir və gündəlik çap olunur.

 

Previous Post

AZƏRBAYCANDA VƏ TÜRKİYƏDƏ SİYASİ PLÜRALİZM MÖVZUSUNDA FORUM KEÇİRİLİB

Next Post

GƏNC FƏALIN MƏHKƏMƏSİNDƏ EKSPERT VƏ MÜSTƏNTİQ İFADƏ VERƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.